Kurs Proqramı

Dərs:
Həftədə 2 dəfə 1.5 saat

Danışıq klubu:
Hər gün 2 fərqli saatda 1 saat

Movie Night:
Hər gün axşam saatlarında 2 saat


Həftədə 3 saat dərs, 12 saat danışıq klubu, 10 saat müzakirəli filmlə aylıq 100 saat, 3 aylıq isə 300 saatlıq proqramla 3 aya 0-dan orta səviyyədə danışa biləcəksiniz.

Tədris metodumuz

Dərsləri 1-4, 2-5 və ya 3-6-cı günlər olmaqla, qeyd etdiyiniz saatda seçə bilərsiniz. Dərsdən əlavə olaraq hər gün 2 fərqli vaxtda danışıq klublarında iştirak etməklə dərsdə öyrəndiklərinizi praktika ilə mükəmməlləşdirəcəksiniz. Film seansları isə dinləmə vərdişlərinin artırılması məqsədilə təşkil edilir.

Ümumiyyətlə tədris metodumuz tam praktik əsaslara söykənir. Belə ki, tələbələrin tədris nailiyyətlərinin əldə edilməsi məqsədilə bütün dərslərdə audio-video vəsaitlərdən, prezentasiyalar, zəka oyunları kimi interaktiv metodlardan istifadə edir, maksimum dərəcədə danışmaları və ünsiyyət komplekslərinin aradan qaldırılmasını, doğru tələffüz və səlis danışıq qabiliyyətinin formalaşdırılmasını təmin edirik.